Azərbaycan prezidenti Lənkəranda yol təmirinə 4 milyon manat ayırıb

SİYASƏT
19:56 14.04.2015
1157
Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR