AZXEBER.COM-un məlumatına görə, təbrik məktubunda bildirilir:“Hörmətli Sergey Petroviç, icazə verin, Sizi elmi biliklərin təbliği sahəsində görkəmli nailiyyətlərinizə görə Rusiya Elmlər Akademiyasının Qızıl medalı ilə təltif olunmağınız münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayım.Sizin elmin inkişafına və elmi biliklərin geniş miqyasda təbliğinə verdiyiniz böyük töhfə bütün dünyada, o cümlədən Azərbaycanda yüksək qiymətləndirilir. Ötən il Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Sizinlə görüşümü məmnunluqla xatırlayıram. Sizin Heydər Əliyev Fondunda keçirdiyiniz görüş də Azərbaycan ilə Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verib.Sizi Rusiya Elmlər Akademiyasının yüksək mükafatı ilə təltif olunmağınız münasibətilə bir daha təbrik edir, Sizə elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram”.
Gülnarə Bayramova