Azərbaycan Prezidenti: "Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu"

Azərbaycan Prezidenti: "Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu"
SİYASƏT
11:23 24.09.2021
506
"İlk uğurlarımız həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından çox vacib rol oynadı. Düşünürəm ki, İkinci Qarabağ müharibəsi məhz uğura aparan amillər baxımından son dərəcə nümunəvidir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

Dövlət başçısı Hadrut əməliyyatının vacibliyinə diqqəti cəlb edib: "Bizi orada gözləmirdilər, Ermənistan tərəfi bizim o istiqamətdə irəlilədiyimizi güman etmirdi. Bu, düşmən üçün tam gözlənilməz oldu. Hadrutu ələ keçirdiyimizdən bir neçə gün sonra belə onlar şəhərə nəzarət etdiklərini iddia edirdilər. Hadrutun hakim yüksəkliklərində bizim döyüşçülərin olduğu bir zamanda ermənilər şəhərin ələ keçirilib-keçirilməməsi məsələsinə bir qədər diletant yanaşırdılar. Hadrut ətrafındakı bütün hakim yüksəklikləri ələ keçirdikdən sonra şəhərin taleyi mahiyyət etibarı ilə həll edilmişdi. Bizim mümkün qədər az itkilərlə şəhərə fiziki daxil olmağımız vaxt məsələsi idi. Hərbçimizin şəhər administrasiyasının binası üzərinə Azərbaycan bayrağını taxması və mənə məruzə etməsi ilə bağlı görüntülər televiziyada yayımlandıqdan sonra Ermənistan tərəfinin nağıl uydurmaq üçün heç bir əsası qalmadı".

Prezident İlham Əliyev Hadrutdan öncə - oktyabr ayının əvvəllərində Cəbrayıl şəhərinin azad edildiyini deyib: "Bu, simvolik baxımdan əhəmiyyətli idi. Çünki Cəbrayıl azad etdiyimiz ilk şəhər oldu – bundan əvvəl yalnız kəndləri və yaşayış məntəqələrini azad etmişdik. Şübhəsiz ki, 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi vacib mərhələ oldu. Belə ki, bu böyük şəhər əhali sayına görə Qarabağ bölgəsinin Ağdamdan sonra ikinci şəhəri idi".

"Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu. Zəfər yolu ilə Şuşaya gələn hər kəs bizim ora haradan getdiyimizi görə bilər. Bu, fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Günlərlə meşədə, yolsuzluq şəraitində, yüngül silahlarla, yorulmadan irəliləmək və sonra Şuşa şəhərini azad etmək misilsiz rəşadət, əsl qəhrəmanlıq nümunəsidir. Təbii ki, Şuşanın azad edilməsi düşmənin belini qırdı, onlar demək olar, bundan sonra təslim oldular!”, - Prezident deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb