Azərbaycan PUA-ları və silahları Türkiyədə beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycan PUA-ları və silahları Türkiyədə beynəlxalq sərgidə nümayiş olunur
SOSİAL
10:43 17.08.2021
227
Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş edilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən "IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Qeyd edək ki, sərgi avqustun 17-20-də Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
OXŞAR XƏBƏRLƏR