''Azərbaycan qadın futbolunun inkişafında mühüm bir addım atdı''

İDMAN
14:33 12.10.2012
1041

FİFA U-17 qadınlararası dünya çempionatını keçirməklə Azərbaycan qadın futbolunun inkişafında mühüm bir addım atdı.

"Trend"in məlumatına görə, bunu FIFA və Yerli Təşkilat Komitəsinin FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bağlanışına həsr olunmuş mətbuat konfransında Yerli Təşkilat Komitəsinin infrastruktur və IT direktoru Elnur Məmmədov deyib.

"Çempionat çərçivəsində biz öz infrastrukturumuzu inkişaf etdirdik, təşkilati məsələlərdə böyük təcrübəyə malik olduq. Deyə bilərik ki, artıq növbəti böyük idman tədbirlərinin, futbol çempionatlarının keçirilməsi üçün potensialımız var və bir daha biz bunu sübut etməyə hazırıq", -deyə E.Məmmədov bildirib.

OXŞAR XƏBƏRLƏR