"Azərbaycan "Qalatasaray" - "Fənərbaxça" oyununu keçirmək istəyir, ancaq pulları yoxdur" - TFF prezidenti

"Azərbaycan "Qalatasaray" - "Fənərbaxça" oyununu keçirmək istəyir, ancaq pulları yoxdur" - TFF prezidenti
İDMAN
14:52 14.10.2023
1485
""Qalatasaray"la "Fənərbaxça" arasında baş tutacaq Türkiyə Süper Kuboku oyununu Azərbaycan keçirmək istəyir. Ancaq onlarda pul yoxdur".  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi deyib.

O matçın Səudiyyə Ərəbistanında baş tutacağını söyləyib: 

"Bizdən soruşurlar ki, "Superkubok matçı niyə Səudiyyə Ərəbistanında keçiriləcək?”. Biz əvvəlcə klublarımızla danışdıq, dedilər ki, razıyıq. Bundan sonra Səudiyyə Ərəbistanı ilə danışıqlara başladıq. Hazırda Səudiyyə Ərəbistanında matçların keçirilməsi təkcə iqtisadi deyil, həm də imic baxımından çox dəyərlidir. Neymar, Ronaldo və bir çox dünya ulduzları Səudiyyə Ərəbistanında oynayır. Səudiyyə Ərəbistanı italyanlar və ispanlarla 5 illik müqavilə bağlayıb. Baş hakimimiz Halil Umut Meler də Səudiyyə Ərəbistanında baş tutan görüşü idarə edib. Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına namizəddir. Onlar 90 faiz qalib olacaqlar. Biz də dəstəyimizi bildirdik". 

O deyib ki, Almaniya və İngiltərə təhlükəsizlik səbəbindən matça icazə verməyib: 

"Superkuboku Almaniyada keçirmək istəyirdik. Almaniya təhlükəsizlik səbəbi ilə iki türk komandasının oyun keçirməsinə icazə verməyib. Dedik ki, gəlin bunu İngiltərədə edək. Eyni vəziyyət yarandl. Heç bir Avropa ölkəsi buna icazə vermədi. 

Federasiya prezidenti Azərbaycan haqda isə qəribə açıqlama verib: 

"Azərbaycan "oyunu gəlin burada keçirin" deyir, ancaq orada da pul yoxdur. Superkubokun Səudiyyə Ərəbistanında təşkili türk futbolunun brend dəyərinə faydalı olacaq”.
 
Federasiya prezidentinin Azərbaycanla bağlı sözləri sosial şəbəkələrdə etirazla qarşılanıb. İstifadəçilər "Azərbaycan istəsə, canımızı da verərik" tipli şərhlər yazıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
19:32 05.10.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
19:15 05.10.2026
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
19:08 05.10.2026
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
18:55 05.10.2026
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Fransada 500-ə yaxın məktəb bağlanacaq
18:40 05.10.2026
Fransada 500-ə yaxın məktəb bağlanacaq
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
18:27 05.10.2026
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib