Azərbaycan qaz hasilatının həcmini kəskin artıracaq
İQTİSADİYYAT
11:53 20.09.2013
1574
Azərbaycanda laylara vurulan qaz istisna olunmaqla qaz hasilatını 2025-ci ilə qədər 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar var.Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayevin cümə günü "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilir.Məqalədə bildirilir ki, 2015-ci ildə ölkə üzrə qaz hasilatı laylara vurulan qaz istisna olunmaqla, 20 milyard kubmetrə çatdırıla bilər.ARDNŞ rəhbəri bildirib: "Mövcud layihələr üzrə görülən işlər, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir"."Şahdəniz", "Ümid", "Abşeron" "Babək", "Naxçıvan" və digər strukturların işlənilməsi Azərbaycanda qaz hasilatını kəskin şəkildə artırmağa imkan yaradacaq.