Azərbaycan-Qazaxıstan oyununda Güney Azərbaycana dəstək aksiyası olacaq

Azərbaycan-Qazaxıstan oyununda Güney Azərbaycana dəstək aksiyası olacaq
Bütün Xəbərlər
14:07 06.09.2011
1740

Gənclər Güney Azərbaycana dəstək kampaniyasını davam etdirir.

AZXEBER.COM-a daxil olan məlumata görə, budəfəki dəstək aksiyası sentyabrın 6-da Tofiq Bəhrəmaov adına stadionda keçiriləcək Azərbaycan-Qazaxıstan oyununda olacaq. İştirakçılar artıq “facebook”da çağırışlara başlayıblar.

Gənclər “Azərbaycan- Qazaxıstan oyununda Güneyimizə dəstək olmaq üçün stadiona gedək” səhifəsi yaradaraq insanları aksiyaya çağırıblar. Təşkilatçılar onu da bildiriblər ki, futbol yarışmasında Güneyə dəstək üçün sektorlarda iştirakçılar şüarlar səsləndirəcək, plakatlar qaldıracaq, Azərbaycan bayrağını dalğalandıracaqlar.

OXŞAR XƏBƏRLƏR