Azərbaycan Qazaxıstandakı seçkilərə müşahidəçi missiyası göndərəcək

Azərbaycan Qazaxıstandakı seçkilərə müşahidəçi missiyası göndərəcək
SİYASƏT
19:43 16.11.2022
249
"Azərbaycan Qazaxıstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi missiyası göndərəcək”.

Bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

"Bu, Qazaxıstanda sayca 7-ci prezident seçkiləri olacaq. Prezident kürsüsü uğrunda müxtəlif siyasi baxışlara malik 6 namizəd mübarizə aparır, onlardan 2-si qadındır. Qazaxıstan uzun illərdir ki, gender bərabərliyi üzərində işləyir", - səfir bildirib.

Onun sözlərinə görə, seçkilərə 641 müşahidəçinin gələcəyi gözlənilir ki, onlardan 109-u 35 xarici ölkədən, o cümlədən 8-i Azərbaycandandır.

"Gələn il Qazaxıstanda parlament seçkilərin keçirilməsi gözlənilir. Qarşıdakı dövr Qazaxıstan üçün çox vacibdir, ona görə də biz həm prezident, həm də parlament seçkilərində yüksək fəallığın olacağına ümid edirik", - səfir bildirib.

S.Abdıkarimov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin siyasi islahatlarla bağlı 4 paketi irəli sürdüyünü xatırladıb: "Bura partiyalar üçün qeydiyyat həddinin 20 min nəfərdən 5 min nəfərə endirilməsi, partiyaların seçki siyahılarında qadınlar və gənclər üçün 30 faizlik kvotanın tətbiqi, Konstitusiya Məhkəməsinin bərpası, regionlarda akimlərin seçilməsi üçün alternativ seçkilərin keçirilməsi və s. daxildir".
 
///report
OXŞAR XƏBƏRLƏR