"Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur" - Əli Həsənov

"Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur" - Əli Həsənov
SİYASƏT
15:40 20.11.2017
1157
"Avropa İttifaqının işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən faktorlardan biri ola bilər”.

"Azərbaycanın 1993-cü ildən etibarən  Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. "Qonşuluq siyasəti” və "Şərq Tərəfdaşlığı” proqramları  çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü  işlər Aİ tərəfindən yüksək qiymətləndirilib”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda bu gün Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən beynəlxalq forumda çıxışında Azərbaycandan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi  transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın  Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində  apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən  dəstəklənır.

2007-ci ildə Aİ ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi "Cənub Qaz Dəhlizi”nin icrası istiqamətində  mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib.  Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan yalnız Aİ-nin enerji təminatı və təhlükəsizliyi baxımından,  habelə "Qonşuluq  siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə  Qərbin etibarlı tərəfdaşı hesab olunur. Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər  sahələrdə genişmiqyaslı əməkdaşlığın  möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir”.

Prezidentin köməkçisi qeyd edib ki, münaqişə ilə bağlı BMT-nin, o  cümlədən Aİ-nin  müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan  Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: "Hesab edirəm  ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tehranın Mehrabad hava limanında partlayış baş verib
10:21 14.06.2025
Tehranın Mehrabad hava limanında partlayış baş verib
Aysel Əlizadə: “Bir az tez böyüdüm…”
10:19 14.06.2025
Aysel Əlizadə: “Bir az tez böyüdüm…”
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
10:10 14.06.2025
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
Tanınmış tarzən vəfat etdi
10:06 14.06.2025
Tanınmış tarzən vəfat etdi
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
10:04 14.06.2025
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
09:57 14.06.2025
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib