Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazanıb

İDMAN
10:47 10.11.2024
177
Azərbaycan qılıncoynadanı Abbas Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən "Cadet Circuit" turnirində gümüş medal qazanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o, 17 yaşadək yeniyetmələr arasında sablya növündə uğurlu çıxış edib.

Qrup mərhələsində beş görüşdə qalib gələn Hüseynov pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərini üstələyərək finala yüksəlib.

O, həlledici dueldə Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq "Cadet Circuit"in İstanbulda keçirilən mərhələ yarışında gümüş mükafat əldə edib.

Qeyd edək ki, turnirə 150-dən çox idmançı qatılıb.

OXŞAR XƏBƏRLƏR