Bu gün mini-futbol üzrə Azərbaycan yığması Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final matçına çıxacaq.
AZXEBER.COM xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici oyunda Rumıniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Matç İdman Azərbaycan telekanalında canlı yayımlanacaq.
Avropa çempionatı, final
22:15. Azərbaycan - Rumınya