Azərbaycan Rusiya ilə gəmiqayırma layihələri hazırlayacaq

Azərbaycan Rusiya ilə gəmiqayırma layihələri hazırlayacaq
SİYASƏT
08:58 27.12.2021
381
Rusiyanın Həştərxan vilayəti və Azərbaycan gəmiqayırma sahəsində birgə layihələr hazırlayacaq.
 
Bu barədə AZXEBER.COM vilayət hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, birgə layihələrin həyata keçirilməsi vilayətin qubernatoru İqor Babuşkinlə Azərbaycan nümayəndə heyəti arasında Həştərxanda baş tutan işgüzar görüşdə məlum olub.

"Turizm baxımından Böyük Pyotr kruiz laynerinə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, yaya qədər gəmi tam olaraq reydə çıxa biləcək və kruizin flaqmanı olacaq. Xəzəryanı ölkələrdən olan həmkarlar Xəzər dənizi üzərindən kruiz xətlərinin təşkilinə böyük maraq göstərirlər. Çox istərdik ki, bu istiqamət tam hüquqlu bir layihə çevrilsin”, - vilayətin qubernatoru İqor Babuşkin deyib.

Hazırda tərəflər ikitərəfli əməkdaşlıq üzrə danışıqların aktiv mərhələsinə keçiblər.

OXŞAR XƏBƏRLƏR