Azərbaycan - Rusiya oyununun vaxtı dəyişdirildi

İDMAN
13:01 13.09.2013
1224

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya matçının başlama vaxtı açıqlanıb. Oktyabrın 15-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Görüşün belə gec saatda başlaması FİFA-nın qərarıdı. Belə ki, qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğu üçün qruplarda bütün görüşlərin vaxtını ali futbol qurumu müəyyənləşdirib. 

Bununla əlaqədar  AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək. 

Qeyd edək ki, qarşılaşma 8-ci km qəsəbə stadionunda baş tutacaq.//

 

OXŞAR XƏBƏRLƏR