Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanı quraşdırıldı - Fotolar

Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanı quraşdırıldı - Fotolar
SOSİAL
21:19 22.02.2018
2680

Fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib.

 Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən olan təntənəli mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının üzvləri iştirak ediblər.

Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə çıxış edib. O qeyd edib ki, həmsərhəd ölkələr arasında ilk olaraq Azərbaycan-Rusiya dövlət sərhədinin müəyyənləşdirilməsi prosesinə 1996-cı ildə start verilib və 14 illik birgə fəaliyyət uğurla yekunlaşdırılaraq 2010-cu il sentyabrın 3-də "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb.

Elçin Quliyev deyib: "Qəti əmin olduğumuzu bildirmək istəyirəm ki, ölkələrimiz arasında sərhəd həmişəki kimi bundan sonra da xalqlarımızı daha sıx birləşdirəcək, sərhədlərimizdə vəziyyət ikitərəfli dostluq və mehriban qonşuluq münasibətlərinin nümunəsi olacaq. Ölkələrimizi, o cümlədən Azərbaycan və Dağıstan xalqlarını tarixən bağlayan qardaşlıq və qarşılıqlı hörmət telləri Azərbaycan-Rusiya dövlət sərhədində təhlükəsizliyin və sabitliyin rəhni, bu münasibətlərin sarsılmaz təməlidir. Dövlətlərimizin rifahı naminə uzunmüddətli, sıx və səmərəli əməkdaşlığa görə həmkarlarımıza – rusiyalı sərhədçilərə xüsusi minnətdarlığımı bildirmək istədim”.

Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycaın Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov qeyd edib ki, Azərbaycan ilə Rusiyanın dövlətlərarası münasibətləri mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsindədir, bugünkü hadisə iki ölkə arasında əbədi dostluğun rəmzi kimi tarixə düşəcək. Qeyd edilib ki, İlham Əliyevin qətiyyətli siyasəti, ölkəmizin dövləti maraqlarının ardıcıl və məqsədyönlü müdafiəsinə yönəlmiş fəaliyyəti sayəsində Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ölkəmizin fəaliyyəti yekun mərhələyə çatıb. Dövlət sərhədinin demarkasiyası üzrə işlərin tezliklə başa çatacağına əminlik ifadə edilib.

Rusiyanın Azərbaycan ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov xatırladıb ki, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması ilə əlaqədar təntənəli məqamdan əvvəl uzunmüddətli işlər görülüb. Əvvəlcə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb, sonra hökumətlərarası komissiya yaradılıb. Vadim Postnov deyib: "Biz sərhədin müəyyən edilməsi qaydası barədə normativ sənədləri, təlimatları uzun müddət ərzində hazırlamışıq. Nəhayət, bizim fəaliyyətimizdə yeni mərhələ - sərhəddə nişanların quraşdırılmasının praktiki mərhələsi başlanır. Bu cür nişanlar hələ çox olacaq, lakin bugünkü nişan uzun müddət yadda qalacaq, çünki o, birincidir”.

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri, general-leytenant Aleksey Buyerov xatırladıb ki, "Azərbaycan ilə Rusiya arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə 2011-ci il iyulun 18-də qüvvəyə minib. O deyib: "Beləliklə, hər iki dövlətin qarşılıqlı razılığı ilə müqavilədə təsbit olunmuş müddəalar qanun normasına çevrilib. Bu qanunun məqsədi Azərbaycan və Rusiya xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün əlverişli şəraiti təmin etməkdir. Bu gün həmin ali məqsədə nail olmağa yönəlmiş işin növbəti mərhələsi başlanır. Müqavilənin müddəaları praktikada həyata keçirilir, sərhəd həqiqətə çevrilir”.

Sonra Xələf Xələfov və Vadim Postnov Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasına dair Protokolu imzalayıblar.






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO