Azərbaycan-Rusiya sərhədində "Sərhəd" əməliyyatı - Saxlanılanlar var

SOSİAL
12:39 13.06.2019
2158
Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, iyunun 3-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 31 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan 6 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 8 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot, 6 tapança, 100 tüfəng, 37 qumbara, 36 ədəd silah sandıqçası, 23 qumbara alışdırıcısı, 15 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 7716 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13 fakt aşkar olunub, ümumi çəkisi 5 tona yaxın 10753 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib.

Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:47 26.11.2020

Hulusi Akardan Fransa Senatının qətnaməsi ilə bağlı açıqlama

15:39 26.11.2020

Azərbaycan Əfqanıstanla əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə edib

15:17 26.11.2020

DİN əhaliyə çağırış etdi - VİDEO

15:04 26.11.2020

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

14:43 26.11.2020

"Fransa ATƏT-in Minsk qrupundan çıxarılsın" - Milli Məclis bəyanat yaydı

14:42 26.11.2020

Binəqədi rayonunda reydlər davam etdirilir - FOTO

14:41 26.11.2020

Gürcüstanda yeni məhdudiyyət qüvvəyə minir

14:35 26.11.2020

Paşinyan 2021-ci ilin iyununa qədər vaxt istədi

14:19 26.11.2020

Atanın hər iki gözünü itirmiş oğluna dediyi sözlər hər kəsi kövrəltdi - VİDEO

14:16 26.11.2020

“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”

14:16 26.11.2020

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - FOTO

14:11 26.11.2020

"Fransadan hər hansı bir ədalət, demokratiya gözləmək mənasızdır"

13:59 26.11.2020

Ruhi Elçinin evinə getdi: "Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm"

13:47 26.11.2020

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə ömürlük həbs cəzası verildi

13:38 26.11.2020

Azərbaycanda SMS icazə bərpa edilir? - AÇIQLAMA

13:37 26.11.2020

Ermənilər etiraz aksiyası keçirir: Yüzlərlə əsgərdən xəbər yoxdur - VİDEO