Azərbaycan, Rusiya və Ermənistan liderləri oktyabrın sonunda görüşə bilərlər

Azərbaycan, Rusiya və Ermənistan liderləri oktyabrın sonunda görüşə bilərlər
SİYASƏT
10:31 24.10.2022
199
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada görüşə və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Vedomosti” məlumat yayıb.

Bildirilir ki, artıq görüşlə bağlı işlərə başlanılıb.

Qeyd edilir ki, danışıqlar oktyabrın son günlərində aparıla bilər. Tədbirin keçirilməsi üçün ehtimal olunan əsas yerlər Moskva və Soçi hesab olunur.
OXŞAR XƏBƏRLƏR