Azərbaycan, Rusiya və İran prezidentləri bu gün görüşəcək

Azərbaycan, Rusiya və İran prezidentləri bu gün görüşəcək
SİYASƏT
09:33 01.11.2017
1040
Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.
 
AZXEBER.COM-un xəbərinə görə, görüş çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, energetika sahəsində əməkdaşlıq Rusiya-Azərbaycan və Rusiya-İran, eləcə də üçtərəfli formatda keçiriləcək görüşlərdə müzakirə mövzularından biri olacaq.
 
Qeyd edək ki, ötən il də avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilmişdi.
OXŞAR XƏBƏRLƏR