Azərbaycan şairəsinin kitabı Moskvada nəşr olundu

MƏDƏNİYYƏT
10:42 17.05.2012
2009
Bu yaxınlarda Moskvada tanınmış Azərbaycan qadın şairi Nigar Həsənzadənin «Balaca nağılbaz və Ağ Quş Nara» adlı nağıl kitabı nəşr olunmuşdur.
AZXEBER.COM-un məlumatına görə, mayın 31-də Moskvada Mərkəzi Jurnalistlər Evində kitabın təqdimatı keçiriləcək. Təqdimat mərasiminin təşkilatçısı «Buta» İncəsənət Mərkəzidir. Tədbirdə müəllif öz yeni kitabını təqdim edərək əsərdən parçalar oxuyacaq və oxucuların suallarına cavab verəcək. Bundan əlavə, Nigar xanım kitabın nüsxələrini öz imzası ilə oxuculara hədiyyə edəcəkdir.
Kitab «Belovodye» nəşriyyatında Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə buraxılmışdır.
Nigar Həsənzadənin adı artıq çoxdan həm bakılılara, həm də şairənin uzun illərdən bəri yaşadığı və uğurla yazıb-yaratdığı London sakinlərinə yaxşı tanışdır – 2002-ci ildə onun İngiltərədə Riçard MakKeynin tərcüməsində «Qanadlı üfüqlərdə” adlı şerlər kitabı çapdan çıxmışdır. Nigarın şerləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiyada aparıcı şairlər tərəfindən tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunmuşdur.
Nigar – bir çox ədəbi gecə və festivalların iştirakçısıdır. O, həm öz vətənində, həm də onun hüdudlarından kənarda çoxsaylı nəşrlərin müəllifidir.
Nigarın şerləri Böyük Britaniyanın “Modern Poetry in Translations” jurnalının buraxılışlarından biri kimi çıxan “Russian Women Poets” antologiyasına (redaktoru – professor Valentina Poluxinadır), eləcə də XX əsrin 70 rus qadın-şairi – “Russian Women Poets” Antologiyasına (“Carcanet” nəşriyyatı, ABŞ) daxil edilmişdir.
2009-cu ildə Nigar Həsənzadə Böyük Britaniya ərazisində yaşayan 10 ən yaxşı əcnəbi şair siyahısına daxil edilib ki, bunun da nəticəsində Nigarın əsərləri onun öz ifasında Britaniya kitabxanasının ölməz audio-arxivlərinə həmişəlik daxil edilmişdir.
Nigarın yeni əsəri «Balaca nağılbaz və Ağ Quş Nara» öz məzmuna görə Şərqin mənəvi və dini irsini müəllif təfsirində incəliklə birləşdirən, böyüklər və uşaqlar üçün sehrli nağıldır. Nağılda Nigar oxucuya onu maraqlandıran mənəvi, müasir elmdə öz təsdiqini tapmış dini məlumatları açıqlamağa çalışır.
Nağıldakı hadisələr ağ quşların uydurma səltənətində cərəyan edir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir