Azərbaycan səfiri Qərb jurnalistlərini mənfi baxışlarından əl çəkməyə çağırıb

Azərbaycan səfiri Qərb jurnalistlərini mənfi baxışlarından əl çəkməyə çağırıb
SİYASƏT
09:47 08.05.2024
284
London şəhərində çap olunan "The Guardian” qəzetində qərəzli məqaləyə cavab olaraq Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov tərəfindən sözügedən qəzetin redaksiyasına ünvanlanmış məktub dərc edilib.

Bu barədə "Report”a Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə münasibətlərin normallaşdırılması yönündə çox vacib razılaşma əldə ediblər. İki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanın beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildiyi, hər iki ölkənin rəhbərliyi tərəfindən dəstəkləndiyi halda "The Guardian” qəzetində dərc edilmiş məqalənin yersiz mənfi tonu mövcud reallığı əks etdirmir.

Müəllif sanki unudub ki, regionda hərbi əməliyyatların və qeyri-sabitliyin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının Ermənistan tərəfindən 30 illik qanunsuz işğalı olub və hətta məqalədə dörd kəndin Ermənistan tərəfindən Azərbaycana qaytarılmasını "verilməsi” kimi təqdim edib. Halbuki həmin kəndlər vaxtilə Ermənistan tərəfindən işğal edilib və bütün mövcud xəritələr, o cümlədən Ermənistan rəsmiləri həmin ərazilərin Azərbaycana aid olduğunu təsdiq edir.

Ermənistanın regiondan kənarda müttəfiqlər üçün tarix boyu və uğursuz axtarışlar aparması ilə bağlı fikirlərində müəllif haqlıdır. Ancaq unutmamaq lazımdır ki, davamlı sülh yaxın qonşularla münasibətlərin normallaşmasını tələb edir. Müəllif onu da haqlı olaraq qeyd edib ki, etnik parçalanmanı alovlandırmaq və qorxu yaratmaq məqsədilə məhz erməni separatçılar Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərini yaşadıqları yerləri tərk etməyə təşviq ediblər.

Sonda bildirilib ki, Azərbaycan və Ermənistanın sülh yolunda əldə etdikləri diqqətəlayiq irəliləyişin jurnalistlər tərəfindən dəstəklənməsinin vaxtı çatıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY