DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY

DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
SOSİAL
16:01 25.06.2026
762
Dövlət İmtahan Mərkəzi (DİM) apellyasiya müraciətlərinin ödənişli olması məsələsini nəzərdən keçirir. DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, əsassız müraciətlər qurumun ciddi resurs sərf etməsinə səbəb olur. Onun sözlərinə görə, xüsusilə əsassız apellyasiyaların ödənişli edilməsi məsələsi müzakirə oluna bilər.

Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, ötən il apellyasiya ilə bağlı DİM-ə təxminən 15 min müraciət daxil olub.

Ekspert qeyd edib ki, apellyasiya sistemi şəxsin razı qalmadığı nəticə ilə bağlı əsaslandırılmış şəkildə müraciət etməsi və həmin müraciətin araşdırılması deməkdir:

"Apellyasiya qaydasının nə dünya təcrübəsində, nə də digər sahələrdə fərqli modeli var. Şəxs aldığı nəticə ilə razılaşmadıqda müraciət edir və göstərdiyi arqumentlərə qarşı tərəf izahat verməlidir. Ötən il DİM-ə təxminən 15 min apellyasiya müraciəti daxil olub. Bu, müəyyən mənada quruma olan etimad məsələsinin də göstəricisidir. Digər tərəfdən, bu qədər insan özünü haqlı hesab etdiyi üçün apellyasiya hüququndan istifadə edir”.

Məzahir Məmmədli hesab edir ki, apellyasiya müraciətlərinin ödənişli edilməsi müraciətlərin sayını azaltmağa yönələ bilər:

"DİM-in apellyasiya şikayətlərini ödənişli etməsi insanları müraciətdən çəkindirə və müraciətlərin sayının azalmasına səbəb ola bilər. Digər tərəfdən, əvvəlki illərdə apellyasiya müraciətlərinin araşdırılması üçün təxminən iki-üç ay vaxt sərf olunurdu. Amma hazırda 10 mindən çox müraciətin bir neçə gün ərzində nəticələndirilməsi, bir hissəsinin araşdırılması və digər müraciətlər üzrə qərar verilməsi prosesi başa çatmış hesab edilir”
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA