Trampın Ukrayna ilə bağlı niyyəti budur - Kuşner

Trampın Ukrayna ilə bağlı niyyəti budur - Kuşner
DÜNYA
09:10 10.11.2026
54
Donald Tramp Ukraynada müharibəyə son qoymaq, həmçinin suveren, təhlükəsiz və çiçəklənən dövlətin formalaşması üçün şərait yaratmaq niyyətindədir.

Bu sözləri ABŞ prezidentinin kürəkəni Cared Kuşner bildirib.

"Biz münaqişənin danışıqlar yolu ilə həlli üçün bütün səylərimizi göstəririk. Məqsədimiz davamlı sülhə nail olmaq, daha sabit Avropa təhlükəsizlik mühiti çərçivəsində suveren, təhlükəsiz və çiçəklənən Ukraynanın formalaşması üçün şərait yaratmaqdır”, – deyə o yazıb.

Xüsusi nümayəndənin sözlərinə görə, o, Avropa təhlükəsizliyi və müharibədən sonrakı Ukraynanın gələcəyi ilə bağlı məsləhətləşmələri və koordinasiyanı davam etdirmək məqsədilə Ukrayna, Avropa Birliyi və NATO-dan olan ABŞ tərəfdaşları ilə görüşüb.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR