Qubada avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Qubada avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
SOSİAL
08:50 10.11.2026
27
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə noyabrın 10-da saat 01:10 radələrində rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

"Lada Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Qəza nəticəsində sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR