Azərbaycan səfiri Rusiya XİN-ə getdi - Video

Azərbaycan səfiri Rusiya XİN-ə getdi - Video
SOSİAL
11:10 01.07.2025
208
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, diplomat rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.

R. Mustafayevin diplomatik nümayəndəliyə gəlişinin görüntüləri də yayılıb.

Qeyd edək ki, Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına səbəb kimi ötən gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) "Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.
 

OXŞAR XƏBƏRLƏR