Bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.
Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb.
Avtomobili diplomatın həyat yoldaşı idarə edib.











































