Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
SOSİAL
12:14 20.01.2023
113
Bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdən səs siqnalları verilib.

AZXEBER.COM xəbər verir ki, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.
OXŞAR XƏBƏRLƏR