Azərbaycan Sent Lüsiyaya qarşı - Start heyətlər

Azərbaycan Sent Lüsiyaya qarşı - Start heyətlər
İDMAN
18:58 27.03.2026
229
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

AZXEBER.COM xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş "FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Komandamız turnirdəki ilk matçında Sent Lusiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.

FIFA Series – 2026
27 mart 19:00.

Azərbaycan – Sent Lusiya
Baş hakim: Giorgi Kruaşvili
***

Komandaların start heyəti açıqlanıb.

Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.

Baş məşqçi: Ayxan Abbasov.

Sent Lüsiya: 9. Devon Priks, 7. Keqan Kaull, 6. Melvin Doksilli, 5. Lionel, 19 Antonius Mayers, 4. Batçer, 21. Şakuan Nelson, 10. Şevon Bayron, 13. Bayan Aman, 11. Arkell Cud-Boyd, 9. Donavan Fillips.

Baş məşqçi: Stern Con
OXŞAR XƏBƏRLƏR