Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTO

Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTO
SİYASƏT
13:09 16.06.2021
919
Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən iyunun 14-də 154 kiloqram 500 qram narkotik və psixotrop vasitələrə bənzər maddələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

"Qafqazinfo” DSX-yə istinadən xəbər verir ki, həmin gün saat 05:55 radələrində Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən silah tətbiq olunub və cinayətkar zərərsizləşdirilib. Hadisə baş vermiş əraziyə baxış zamanı 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə (24 kiloqram 848 qram heroin, 9 kiloqram 250 qram metamfetamin, 2 kiloqram 70 qram marixuana, 3 kiloqram 310 qram həşiş qətranı, 3 kiloqram 122 qram 5020 ədəd Metodon-40 həbləri) bənzər maddələrvə külli miqdarda xarici valyuta - 11500 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı İİR tərəfi dərhal məlumatlandırılıb, müqabil tərəfin sərhəd nümayəndəsinin və Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən İran vətəndaşı Behnam İlhami olması müəyyən edilib. Sərhəd pozucusunun üzərindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götürülüb.

Eyni tarixdə saat 03:00 radələrində Cəbrayıl rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfər olan "Ford” markalı 99-ZL-240 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması,  avtomobildəki şəxsin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs sərhəd naryadının "Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərib, onun avtomobili təqib olunaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılıb.

Ağstafa rayon sakini 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyənləşdirilib. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən 5 ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kiloqram 900 qram narkotik və psixotrop vasitəyə (70 kiloqram 120 qram heroin, 12 kiloqram 100 qram marixuana, 12 kiloqram 30 qram metamfetamin, 300 qram tiryək, 17 kiloqram 350 qram 4060 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye) bənzər maddələr aşkar olunaraq götürülüb.

Narkotik maddələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində həmin rayon sakini 1996-cı il təvəllüdlü Abdullayev Anar Elman oğlu saxlanılaraq istintaqa cəlb edilib.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər
23:09 07.05.2025
Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər
Tolik övladlığa uşaq götürdü - FOTO
23:04 07.05.2025
Tolik övladlığa uşaq götürdü - FOTO
Kadırov mümkün istefasından danışıb: "Putin necə desə, elə də olacaq"
22:59 07.05.2025
Kadırov mümkün istefasından danışıb: "Putin necə desə, elə də olacaq"
Moskvaya yaxınlaşan 8 Ukrayna PUA-sı vurulub
22:46 07.05.2025
Moskvaya yaxınlaşan 8 Ukrayna PUA-sı vurulub
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - VİDEO
22:38 07.05.2025
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - VİDEO
Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər
22:30 07.05.2025
Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər
Yağış sakinləri acınacaqlı duruma saldı: "Uşaqlar itib, bilmirik ki, kim aparıb"
22:25 07.05.2025
Yağış sakinləri acınacaqlı duruma saldı: "Uşaqlar itib, bilmirik ki, kim aparıb"
İlham Əliyevin adından Vyetnamlı Baş katibin şərəfinə dövlət ziyafəti verilib
22:03 07.05.2025
İlham Əliyevin adından Vyetnamlı Baş katibin şərəfinə dövlət ziyafəti verilib
Nəsimi rayonunda baş verən yanğın söndürülüb
21:53 07.05.2025
Nəsimi rayonunda baş verən yanğın söndürülüb
Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
21:46 07.05.2025
Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
21:41 07.05.2025
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
Sahibə Qafarova Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
21:34 07.05.2025
Sahibə Qafarova Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
To Lam Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
21:27 07.05.2025
To Lam Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır
21:13 07.05.2025
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır
Özbəkistandan olan nümayəndələr Azərbaycanın dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar - FOTOLAR
21:09 07.05.2025
Özbəkistandan olan nümayəndələr Azərbaycanın dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar - FOTOLAR
İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum oldu
21:04 07.05.2025
İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum oldu