Azərbaycan sərhədçilərinə orden və medallar təqdim edilib - FOTO

Azərbaycan sərhədçilərinə orden və medallar təqdim edilib - FOTO
SOSİAL
12:29 07.07.2021
326
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına təltif olunduqları orden və medallar verilib.

AZXEBER.COM xəbər verir ki, orden və medallar DSX-nin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimində təqdim edilib.

Belə ki, Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR