Azərbaycan sərhədlərini nə vaxt açacaq? – Rəsmi

Azərbaycan sərhədlərini nə vaxt açacaq? – Rəsmi
SOSİAL
18:08 11.06.2020
7653
"Beynəlxalq uçuşların nə vaxt başlayacağı barədə növbəti həftələrdə qərar veriləcək”.

AZXEBER.COM-un məlumatına görə, bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.

O bildirib ki, hazırda yalnız Bakı - Naxçıvan reysinin fəaliyyət göstərməsi barədə qərar var: "Biz qaydalarımızı xarici ölkələrə və hava yolu şirkətlərinə göndərəcəyik. Bu qaydaları qəbul edib ölkəyə uçuş həyata keçirmək istəyən şirkətlərin müraciətlərinə Operativ Qərargahda baxılacaq. Razılıq verildikdən sonra uçuşlara başlanılacaq.

Daxili uçuşlarda bilet alan şəxslərə TƏBİB-in hansı laboratoriyasında test verməsi barədə məlumat göndəriləcək. Test verilməsi pulsuz olacaq, dövlətin hesabına həyata keçiriləcək. Biletlərin alışı uçuşa 72 saat qalmış bağlanacaq. Çünki bilet alan sərnişinin test verib cavab alması da reallaşdırılmalıdır. Testin cavabı elektron biletdə qeyd olunacaq”.
OXŞAR XƏBƏRLƏR