Azərbaycan sərhədlərini pozan altı əcnəbi saxlanıldı - FOTOLAR

KRİMİNAL
13:12 10.10.2024
1059
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər sərhəd pozucusu saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 2-də 1 nəfər İran İslam Respublikası, oktyabrın 4-də 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası, oktyabrın 3-də "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər Pakistan İslam Respublikası vətəndaşı və oktyabrın 7-də "Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 1 nəfər Suriya Ərəb Respublikası vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq