'Azərbaycan Sığortaçılar Assosiasiyası'na yeni sədr təyin olundu

İQTİSADİYYAT
16:25 28.01.2013
1889

25 Yanvar 2013-cü il tarixində “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Hesabat-Seçki konfransı keçirilib. 

AZXEBER.COM-un məlumatına görə, konfransda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, ASA sədri Azər Əliyev, ASA-nın təsisçi və üzvləri iştirak edib.

İlk öncə Azər Əliyev konfrans iştirakçılarına 2012-ci ilin fəaliyyət hesabatını açıqlayıb, ötən il ərzində ASA tərəfindən həyata keçirilmiş layihələr, görülmüş işlər barədə məlumat verib.

Tədbirdə həmçinin Azər Əliyevin sədr kimi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yeni sədr seçkiləri keçirilib. Konfransda Orxan Bayramovun namizədliyi irəli sürülmüş və təsisçilərin yekdil qərarı ilə ASA-nın növbəti 3 ili üçün sədr təyin olunub.

Daha sonra Orxan Bayramov cari il üçün ASA-nın fəaliyyət strategiyasını açıqlamış, il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə konfrans iştirakçılarına məlumat verib.

Sonda ASA-nın 2013-cü ilə olan büdcəsi təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR