Azərbaycan şirkəti ABŞ-ın nəhəng şirkətlərindən biri ilə müqavilə imzalayıb

MARAQLI
17:26 23.03.2016
1693

Azərbaycanın ilk oyun və texnologiya dərgisi Evolution, ABŞ-ın nəhəng şirkətlərindən “CBS Interactive” ilə müqavilə imzalayıb.

Beləliklə, ABŞ-ın CBS Interactive şirkətinə aid GameSpot saytı ilə anlaşan “Evolution” şirkətinin rəsmisaytı www.evolution.aztam yeni dizayn və sistemlə fəaliyyətə başlayıb.

Eyni zamanda qeyd etmək istəyirik ki, Evolution dərgisinin önümüzdəki ay 3 yaşı tamam olur. Evolution.az saytının istifadəsinin də Mart ayının 30-unda 2 yaşı tamam olacaq. Bununla bağlı olaraq, Evolution.az saytı öz rəsmi dərgilərinin ilk sayının PDF variantını ödənişsiz olaraq paylayacağını eşitdirdi. Rəsmi facebook səhifəsindən (https://www.facebook.com/EvolutionAZE)verilən məlumata əsasən PDF variantında olan dərgini rəsmi saytlarından yükləmək mümkün olacaq.

Bundan başqa, yeni yaşından etibarən yeni işlərə də başlayacaqlarını Evolution.az saytının direktoru Vüqar Alışov bildirib. Onun sözlərinə görə sayt yeni proyektlərinə hazırlaşır. EvoTV adı verdikləri proyektlərində hər həftə oyun və texnoloji cihazların icmalları ilə bağlı verlişlər və video çarxlar yayımlamağı nəzərdə tuturlar. Bundan başqa hər həftə bir yeni oyunun ətraflı icmalları, xəbərləri, şəkilləri, videoları və hiylələri ilə bağlı yazıları rəsmi saytdan oxuya biləcəksiniz.

Tam yenilənmiş saytda oyunlar və texnoloji cihazlar üçün nəzərdə tutulmuş “icmal yazmaq” və “qiymətləndirmə” sistemi yer alır. Beləliklə, istənilən oyun və texnoloji cihazı satın almazdan öncə onun haqqında istifadəçilərin yazdığı icmalları oxuya bilər, məsləhətləri dinləyə bilər və həmin oyuna və ya cihaza 10 ballıq şkalada verilən orta qiyməti öyrənə bilərsiniz.

Evolution-un söz sahibi idarəçilərindən gələn məlumata görə sayt tezliklə yerli və beynəlxalq bazarlarda mükafatlandırma sistemlərində və müsabiqələrdə iştiraka da hazırlaşır.

Son olaraq qeyd etmək istəyirik ki, CBS Interactive şirkətinin GameSpot saytı dünyanın ilk 200 ən çox istifadəçi olan saytlarından biridir. Yerli məhsulumuz da onun yolunda irəliləmək üçün iri addımlar atır. Bu yolda ona uğurlar arzulayırıq.

OXŞAR XƏBƏRLƏR