Azərbaycan siyasətinin “ağ xalatlı”ları - Təbabətdən siyasətə gedən yol

Azərbaycan siyasətinin “ağ xalatlı”ları - Təbabətdən siyasətə gedən yol
SİYASƏT
15:59 29.06.2018
7666
Hazırda dövlət rəhbərliyində təmsil olunan və ictimai-siyasi fəaliyyətlə məşğul olanlar arasında vaxtilə müxtəlif sahələrdə çalışmış, başqa ixtisaslardan siyasətə transfer etmiş şəxslər az deyil.
 
AZXEBER.COM bu yazıda siyasətə gəlməzdən öncə "hippiokrat andı” içərək, insanlara şəfa bəşx edən keçmiş həkim, hazırki məmur və siyasətçilərlə bağlı araşdırma aparıb.
 
Araşdırma nəticəsində məlum olub ki: 
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və ölkəmizin birinci xanımı Mehriban Əliyeva ixtisasca göz həkimidir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olan M.Əliyeva 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
 

 


Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ixtisasca həkim-gigiyenistdir. Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsini bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur və uzun müddət bu sahədə çalışıb. Milli Məclisin deputatı Qənirə Paşayeva ixtisasca uşaq həkimidir. 1998-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Baxmayaraq ki, ali təhsili pediatriya istiqaməti üzrə alıb, heç zaman bu sahədə işləməyib.
 

 



Milli Məclisin deputatı Məlahət İbrahimqızı ixtisasca uşaq həkimidir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Paytaxtdakı uşaq poliklinikalarından birində həkim kimi çalışıb.
 

 


Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə ixtisasca nevroloq həkimdir. Tibb elmləri doktoru A.Mollazadə Seçenov adına Moskva Tibb Akademiyasında Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb.
 

 

Milli Məclisin deputatı Musa Quliyev ixtisasca narkoloq həkimdir. 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Gəncə Narkoloji dispanserində həkim-narkoloq, 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq kimi çalışıb.
 

 


Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ixtisasca terapevtdir. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Indiyə qədər bu sahədə çalışmayıb.
 

 

 
Milli Məclisin deputatı, Parlamentin Gənclər və İdman komitəsinin sədri Ülvi Quliyev ixtisasca həkim olmasa da, Azərbaycan Tibb Universitetini bitirib. İxtisasca əcazçıdır və uzun müddət bu sahədə çalışır.
 

 

 
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ixtisasca məhkəmə-tibb ekspertidir. 1977-ci illərdə Azərbaycan Tibb Universitetini bitirib. Siyasi fəaliyyətə qədər uzun müddət bu sahədə çalışıb.
 

 

 


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ixtisasca həkimdir. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Hazırda AzTU-nun müəllimi, biologiya elmləri namizədidir. Adını çəkdiyimiz məmur və siyasətçilər hazırda öz ixtisası üzrə həkimlik fəaliyyəti göstərməyən şəxslərdir. Lakin dövlət idarəçiliyində və Milli Məclisdə təmsil olunanlardan bəziləri hazırda da həkimlik fəaliyyətini davam etdirirlər.
 

 

Milli Məclisin deputatı Qənirə Paşayeva ixtisasca uşaq həkimidir. 1998-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Baxmayaraq ki, ali təhsili pediatriya istiqaməti üzrə alıb, heç zaman bu sahədə işləməyib.

 

 

 

 


Bu sırada Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu, millət vəkilləri Rəşad Mahmudovu, Rafiq Məmmədhəsənovu, İlham Məmmədovu, Sədaqət Vəliyevanı və digərlərini nümunə göstərmək olar.
 
Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO