Azərbaycan siyasətinin Münhen qələbəsi

Azərbaycan siyasətinin Münhen qələbəsi
SİYASƏT
10:26 21.02.2023
761
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması”adlı plenar iclasda iştirak edib. İlham Əliyev çıxışı zamanı üç Qafqaz Respublikalarının rəhbərlərinin görüşnü tarixi görüş kimi qiymətləndirib: "Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamandabir platformada görüşürlər”.
Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edib. Konfrans çərçivəsində Münxendə dövlət başçımızın ABŞ-nin Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü olub. Eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirilib.
Cənab Prezidentin beynəlxalq arenada dövlətimizin nüfuzu və gücünün artırılması istiqamətində gərgin diplomatik fəaliyyəti istiqamətində növbəti uğuru Münxen Təhlükəsizlik Konfransında iştirakı ilə bir daha təsdiqləndi. Bu səfər zamanı ölkə rəhbərinin konfransda çıxışı, ikitərəfli görüşləri Azərbaycanın beynəlxalq mövqeyi üçün mühüm önəm daşıdı. Dövlətimizin başçısının bütün toplantılarda və görüşlərdə sərgilədiyi mövqe respublikamızın beynəlxalq təhlükəsizlik üçün konstruktiv məsələlərlə şərtlənən bir yolda olduğunu göstərdi.
Azərbaycanın enerji təminatı sahəsində etibarlı əməkdaşlığı ilə yanaşı, siyasi təhlükəsizlik istiqamətində yürütdüyü siyasət dünya birliyi tərəfindən təqdir olunur. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qafqazda sülh və təhlükəsizlik mövzusunda keçirilən panel görüşdə ölkə rəhbərimizin səsləndirdiyi məsələlər də dövlətimizin beynəlxalq hüquqa söykənən sülhpərvər mövqeyi baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, torpaqların minalardan təmizləməsi prosesini həyata keçirir. Eyni zamanda, Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. 
Bütün bu uğurlara isə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, düzgün siyasət nəticəsində nail olmuşuq. Həm ölkə başçımızın nüfuzu, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi özünü bir sıra mühüm beynəlxalq tədbirlər də göstərir: "Daha doğrusu nüfuzlu beynəlxalq tədbirlər zamanı Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevə xüsusi diqqətlə yanaşılır. Bu sırada Münxen Təhlükəsizlik Konfransını xüsusilə qeyd etməliyik. Belə ki, builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də məhz Azərbaycan Prezidentidir.
Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edildiyi dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. 1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransının əsas şüarı "Dialoq vasitəsilə sülh"dür. Təsisçisi faşizmə qarşı alman müqavimət hərəkatının fəal üzvü və sonralar ölkənin aparıcı naşiri və siyasi xadimi Evald fon Klaystdır. Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında budəfəki açıqlamaları ilə onlara yaxşı bir diplomatiya dərsi verdi. Ən maraqlı məqamlardan biri də bu idi ki, dövlətimizin başçısı birbaşa ad çəkmədən dəqiq məntiqi ardıcıllıqla bəzi faktları xatırladaraq qərbdəkilərin "kiçik bacı"larının Rusiyadan heç nə ilə fərqlənmədiyini qeyd etdi. "Dövlətimizin başçısının bəzi diplomatik gedişlərini Sarbonna Universitetinin məzunu Heusgen də öyrənsə pis olmaz. Bu, ən azından gələn il Münxen Təhlükəsizlik Konfransının daha uğurlu təşkilində onun işinə yaraya bilər”.
Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu. Azərbaycan Prezidenti Qafqazda sabitliyin yaranması üçün dövlətimizin bütün imkanlarını səfərbər etdiyini ortaya qoydu. Beləliklə, bu konfransda ölkə rəhbəri Azərbaycan Respublikasının tək iqtisadi baxımdan deyil, həm də siyasi cəhətdən beynəlxalq arenada ciddi söz sahibi olduğunu təsdiqlədi.

Naftalan şəhər sakini Qasım Həsənov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
Gədəbəydə meşə yanıb
19:49 15.03.2025
Gədəbəydə meşə yanıb