Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi təsis edildi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi təsis edildi
GƏNCLİK
10:00 04.07.2014
2155
Bu günlərdə 8 yaşı tamam olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi təsis edilib. Bu barədə saytımıza təşkilatın sədri Səbuhi Abbasov məlumat verib.S. Abbasov onu da qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat qısa zaman kəsiyində bir çox layihələrə imza atıb: “ASGA 02.02.2006 tarixində təsis edilib, 30.06.2006 tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. ASGA-nın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox layihələri reallaşdırmışıq.
Bu layihələr olduqca müxtəlif sahələri əhatə edir. “Azərbaycanda təhlükəsizlik problemləri. Regional təhlükəsizlik təminatı məqsədi ilə onlarin həlli metodlari”, “Biz nə üçün seçkidə iştirak etməliyik?”, “Soyqırımı tanıdaq-31 Mart”, “Gənclərin vətənpərvərliklə bağlı fikirlərində psixoloji gərginliklər əmələ gətirən amillər”, “Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi”, “Azərbaycan ədəbiyyatını öyrənək”, “XOCALIDAN DANIŞAQ”, “Turizmin inkişafına virtual dəstək”, “Slavyan mədəniyyətinə səyahət”, “Slavyan gəncləri ilə dostluq həftəsi” və s. layihələr cəmiyyətdə, o cümlədən, slavyan gəncləri arasında böyük maraq hissi ilə qarşılandı. Ən uğurlu isə “RAGT-a yaxın olaq” layihəsi oldu. Belə ki, bu layihə çərçivəsində biz ASGA olaraq Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyəti, məqsədi və vəzifələri barədə gənclərə məlumat verməklə bir növ öz üzərimizə düşən böyük bir missiyanı reallaşdırmalı olduq. Bu layihə çərçivəsində biz demək olar ki, əksər universitetlərdə geniş silsilə tədbirlər reallaşdırdıq. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədri Leyla xanım Əliyevanın çoxşaxəli, uğurlu diaspor fəaliyyəti, elə bilirəm ki, bütün QHT-lər tərəfindən dəstəklənməli və təbliğ olunmalıdır. Çünki RAGT-ın fəaliyyəti təkcə hər hansı bir layihəni reallaşdırmaqdan ibarət deyil. Bu təşkilatın əsas missiyası Azərbaycanı dünyaya tanıtmaqdan ibarətdir.”ASGA-nın ölkə sərhədləri daxilində kifayət qədər ciddi fəaliyyət göstərən təşkilat kimi tanındığını deyən S.Abbasov müvafiq Slavyan ölkələrində nümayəndəliklərinin açılmasının zəruri olduğunu qeyd edib: “Biz təşkilat olaraq əsas məqsəd və hədəfimizə çatmaq üçün filialların, nümayəndəliklərin açılmasını zəruri hesab edirik. Bu baxımdan ən böyük Slavyan ölkəsi olan Rusiya Federasiyasında nümayəndəliyin açılmasına qərar verdik. Nümayəndəliyin rəhbəri kifayət qədər ciddi fəaliyyəti ilə tanınan, “Yeni Nəfəs” İB-nin Rusiya nümayəndəliyinin rəhbəri, Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvü Toğrul Allahverdili təyin edildi. Bundan başqa biz söz verdiyimiz kimi İdarə heyətində də dəyişikliklər etdik. Belə ki, tanınmış jurnalist Azər Niftiyev ASGA-nın icraçı direktoru təyin edildi. Bundan başqa təşkilatın nəzdində fəaliyyət göstərən saytlar “Mubarizoglu” Media Group adı altında daha sistemli şəkildə fəaliyyətə başladılar.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək