"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR

SOSİAL
11:20 14.12.2024
162
13 dekabr 2024-cü il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu”nu reallaşdırıb.

Öncə Azərbaycan Dövlət Himni səsləndirilib, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutka yad edilib.  
Tədbiri giriş sözü ilə ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov açaraq Forumun tarixi əhəmiyyətindən danışıb: "Biz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) olaraq bu istiqamətdə bir neçə Forum reallaşdırmışıq. Forumlar Bakıda, Moskvada, Kiyevdə, Varşavada, Minskdə, Lefkoşada, Tbilisidə reallaşmışdır. Məhz bu Forumların nəticəsində biz gənclərimizi slavyan ölkələri gəncləri ilə əlaqələndirmiş, güclü təbliğat strategiyası qura bilmişik. Lənkəran şəhərinin "Gənclər paytaxtı" seçilməsi isə bu şəhərin ecazkar təbiətinin, tarixinin slavyan ölkələri gənclərinə aşılanması üçün tarixi fürsət oldu. Layihəmizə verdikləri dəstəkdən dolayı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Layihə çərçivəsində həm yerli, həm də Slavyan ölkələrindən dəvət olunan ekspertlər məruzə işə çıxış edəcəklər. Hesab edirəm biz regionlarda bu kimi beynəlxalq forumların reallaşmasını intensiv etməliyik."
Daha sonra Gənclər və İdman Nazirliyinin rəsmisi Elşən Qəhrəmanoğlu çıxış edərək bu kimi Forumların davamlı və regionlarda keçirilməsinin vacibliyindən danışdı.
Sonra Polşadan gələn ekspert. Vyana Universitetinin elmlər doktoru Maria Jagodzińska çıxış edərək Polşa-Azərbaycan işgüzar əlaqələri ilə bağlı məruzə ilə çıxış etdi. 
Sonra Sloveniyadan gələn ekspert, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrin nüfuzlu universitetlərində və Avropa İttifaqında çalışan, elmlər doktoru Urban Yakša gənclərarası əlaqələrin inkişafında beynəlxalq tədbirlərin rolunun önəmindən danışdı. 
Azərbaycan Kriptoqrafika Palatası İB-nin sədri Sevda İbrahimova isə "Süni intelektin dayanıqlı inkişaf məqsədlərində rolu" mövzusunda məruzə ilə çıxış edib. 
Sonra ASGA İH-nin üzvü, "Minor Şirkətlər Qrupu"nun rəhbəri Murad Kərimov çıxış edərək slavyan ölkələri, xüsusən gəncləri ilə iqtisadi əlaqələrin, birgə layihələrin reallaşmasının vacibliyindən danışdı. 
Tədbirin sonunda 44 Günlük Qarabağ savaşına həsr olunmuş qısametrajlı videorolik təqdim edildi və iştirakçılara sertifikatlar paylanıldı. 
Tədbir coffee-break stolu ətrafında müzakirələrlə davam etdi. 
Məlumat üçün qeyd edək ki, 2023-cü il 19 yanvar tarixində Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında Lənkəran şəhəri isə 2024-cü il üçün "Gənclər paytaxtı” seçilmişdir. Lənkəran —Azərbaycan Respublikasının ən böyük və qədim şəhərlərindən biri, cənub bölgəsinin ən böyük şəhəridir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:46 12.02.2025

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

11:33 12.02.2025

Ərdoğanla malaziyalı nazir arasında maraqlı dialoq - VİDEO

11:21 12.02.2025

“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək

11:14 12.02.2025

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

11:00 12.02.2025

Dostları Azəri çəkdikləri filmlə yad edəcək - FOTO

10:58 12.02.2025

İtaliyada Etna vulkanı yenidən aktivləşdi

10:57 12.02.2025

Qadının arxa cibinə qoyduğu telefon partladı - Ciddi yanıq xəsarətləri aldı

10:52 12.02.2025

BDU-nun baş müəllimi vəfat etdi

10:45 12.02.2025

"Çin və ABŞ arasında qarşıdurmanın deyil, əməkdaşlığın olması bütün ölkələrin xeyrinə olacaq"

10:45 12.02.2025

Türkiyədə terror əməliyyatında 8 nəfər saxlanıldı

10:34 12.02.2025

"Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır"

10:30 12.02.2025

Məşhur müğənninin təyyarəsi qəzaya uğradı - FOTO

10:26 12.02.2025

Prezident: Biz vəd etdiklərimizi yerinə yetirdik

10:21 12.02.2025

İlham Əliyev: İmperialist keçmişi olan ölkələr diktə etməyə davam etmək istəyir

10:18 12.02.2025

Dövlət başçısı: Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi

10:13 12.02.2025

Prezident Davosda Çinin CGTN telekanalına müsahibə verdi