Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
AZXEBER.COM xəbər verir ki, millimiz C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək. "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.
Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb.
Matç saat 20:00-da başlayacaq və CBC SPORT telekanalında canlı yayımlanacaq.