Azərbaycan son 30 ildə Qarabağa heç bu qədər yaxın olmayıb - TƏHLİL

Azərbaycan son 30 ildə Qarabağa heç bu qədər yaxın olmayıb - TƏHLİL
SİYASƏT
07:52 11.10.2020
1640
Hacıbəy Heydərli
AZXEBER.COM-un baş redaktoru 
 
Azərbaycan son 30 ildə Qarabağa heç bu qədər yaxın olmayıb! 

Emosianal və həssas cəmiyyət olduğumuza görə, Moskva anlaşması bəzilərimizdə ruh düşkünlüyü yaradıb. Ancaq belə olmamalıdır. Biz son 30 ildə heç vaxt Qarabağa bugünki kimi yaxın olmamışıq. Bunun 10 səbəbini yazmaq istəyirəm!

1. Çoxumuzu məyus edən Moskva görüşü birbaşa Putinin istəyi ilə baş tutmuşdu, orada mütləq qərar qəbul edilməliydi. Çünki burada birbaşa dünyanın ən böyük güclərindən olan Rusiya və Putin amili var idi. 12 saatlıq danışıqlar nəticəsiz alınsaydı, Rusiya bunu özünə bağışlaya bilməzdi və özünə doğma bildiyi Cənubi Qafqaza başqalarının göz qoymasına yardımçı olardı. 

2. Azərbaycan tərəfi həmin görüşdə sözünü dedi və bizə məlum olmayan məsələlərə görə görüş 12 saat davam etdi. Görüşün 12 saat davam etməsi onun gərginliyini və Ceyhun Bayramovun kompramisə getmədiyini göstərir. Lavrov son dəfə Suriya məsələsini Con Kerri ilə bu qədər müzakirə etmişdi: 16 saat.

3. Biz Putinin təklif etdiyi humanitar atəşkəsi mütləq qəbul etməliydik. Çünki bunu etməmək həm də beynəlxalq aləmdə imicimizi korlaya, ölkəmizi "agressor” kimi göstərə bilərdi. Özünü hər zaman dünyada yazıq və rəzil göstərən Ermənistan deyəcəkdi ki, Azərbaycan humanitar addımı da qəbul etməyib və bununla bizə təzyiqləri artıracaqdı.

4. Humanitar atəşkəs həm də hərbi əməliyyatlar zamanı qazandığımız uğurları möhkəmlətmək üçün vacibdir. Bu əldə edilmiş nailiyyətlərimizi daha da gücləndirməyə yardımçı olacaq.

5. Humanitar atəşəkəsin daha bir önəmi də odur ki, üzərimizə şığıyan dünya ölkələrini susdura biləcəyik. Onlar son günlər durmadan ölkəmizə hücum edirdilər, ancaq bundan sonra ən azından neytral qalacaqlar. Necə ki, Merkel bu gün hər iki ölkəyə təşəkkür edib. Digər ölkələrin isə gündəmi dəyişib. 

6. Onu da deməliyik ki, dünyanın ən təmkinli və ən soyuqqanlı liderlərindən hesab edilən İlham Əliyev bu məsələdə Ermənistana və onun havadarlarına - xüsusən Makrona qarşı qətiyyət nümayiş etdirdi. Prezidentin "bizim sözümüz imzamız qədər dəyərlidir” sözü tarixə düşəcək ifadə oldu. Yunanıstandan səfirimizin geri çağırılması da bu xüsusdadır. 

7. Bu faktdır ki, hazırdq Ermənistanla savaşda hərbi və siyasi şərtləri Azərbaycan diktə edir. Prezident İlham Əliyev qətiyyətli mövqeyi və gedişləriylə Ermənistanı tam blokadaya alıb. Ermənilərin yaxın qonşuları Gürcüstan və İran belə bu məsələdə neytrallaşdılıb. Hətta Gürcüstan bizim tərəfdədir desək daha doğru olar.

8. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun azad edilməsi düşmənə son 30 ildə vurulan ən böyük zərbədir. Hadrut haqda o qədər çox məlumatlı olmadığımıza görə onun nə qədər strateji olduğunu dərk etmirik. Dərk etməyənlər üçün isə deyim ki, Hadrut açıqlamaları və yalanları ilə ad çıxaran Şuşan Stepyanın doğulduğu qəsəbədir. Oranın itirilməsi hazırkı şəraitdə ermənilərin də Qarabağda yaşamasını mümkünsüz edir. 

9. Prezident İlham Əliyevin "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik” sözləri tarixi əhəmiyyət daşıyır. Prezidentin xalqa müraciətində anlaşıldı ki, Şuşada, Xankəndində yallı gedən cinayətlar rejimi o vaxta da cəzalandıra bilərdik. Ancaq hər şey zamanında gözəldir.

10. Və ən nəhayət əminəm ki, Moskva görüşü Ermənistan üçün son şansdır. Paşinyan iqtidarı öz xoşuyla torpaqlarımızı azad etməsə, dediyimiz şərtləri qəbul etməsə, bu onların sonu olacaq və görünən odur ki, bu ən yaxın zamanda olacaq. Çünki ermənilər humanitar atəşkəsi rejimini cəmi 12 dəqiqə qoruya biliblər!

Bizə isə düşən Dövlətimizə, Prezidentimizə və Ordumuza güvənmək, dəstək olmaqdır. Müdafiə Nazirliyinin sözcüsü Anar Eyvazovun bütün çıxışlarının sonunda dediyi kimi: Qələbə bizimlədir!
OXŞAR XƏBƏRLƏR