"Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir" - Hikmət Hacıyev

"Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir" - Hikmət Hacıyev
Siyasət
15:50 12.12.2018
4464
"Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Bakı şəhərində NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilir:

"2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiyanın hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş qərargahlar rəisi ilə Rusiya Federasiyasının silahlı qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun Hərbi komitəsinin sədri ilə Rusiya Federasiyası silahlı qüvvələrinin Baş qərargah rəisi arasında Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində görüşlər keçirilmişdi.

Prezident İlham Əliyev tərəfindən NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş komandanı Körtis Skaparrottini qəbul edərkən qeyd olunduğu kimi, qlobal təhlükəsizliyə aid vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr sırasından məhz Azərbaycanın seçilməsi ölkəmizə olan hörmət və etimadın təzahürü, eyni zamanda ölkəmizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü müstəqil siyasətin göstəricisidir.

Dost və qonşu ölkələr olaraq, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır.

Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun "diplomatik paytaxtı" olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı