"Azərbaycan sülhün tərəfdarıdır"

"Azərbaycan sülhün tərəfdarıdır"
SOSİAL
10:51 21.12.2021
453
Azərbaycan Respubli¬kasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən il sentyabrın 27-də xalqa müraciətində Ermənistan si¬lahlı qüvvələrinin zəbt etdikləri torpaqlarımızdan çıxarılacağını, birinci Qarabağ müharibəsində işğal olunmuş rayonlarımızın geri qaytarılacağını böyük əzmlə və inamla vurğuladı.   
Müharibənin ilk günlərindən ordumuzun qələbə sədaları, Ali Baş Komandan İlham Əliyevin xalqa qələbə müjdələri bütöv bir milləti dəmir yumruq kimi birləşdirdi. Bu andan başlayaraq Azərbaycan xalqı dövlət başçısının ətrafında birləşdiyini bütün sahələrdə sübut etməyə baş¬ladı.
Bundan ruhlanaraq, minlərlə gənc könüllü ordu sıralarına qatılmaq üçün müraciət etdi, əksər qurumlar və kollektivlər orduya yardım fonduna və birbaşa döyüşçülərimizə öz dəstəyini göstərdilər. 

Cənab Prezident ölkəmizə rəhbərlik etdiyi on yeddi ildə həmişə orduya diqqətini, nəyi  necə və nə zaman etməyi böyük bir uzaqgörənliklə nəzərə almışdı. Ordumuz gücləndirilmişdi, əsgərlərimiz yüksək təlimlərlə hər cür çətin döyüş əməliyyatına hazır idilər. 

Vətən müharibəsi dövründə informasiyanın dövlət və media siyasətinin praktik göstəriciləri, mediada birgəlik anlamı vacib şərt kimi qarşıda dururdu. Ali Baş Komandan İlham Əliyevin bu sahədə də apardığı siyasət, formalaşdırdığı informasiya diplomatiyası mediamıza ən güclü dəstək oldu. Xüsusilə onun xalqa müraciətləri, xarici jurnalistlərə verdiyi saysız-he¬sabsız müsahibələri beynəlxalq əhəmiyyətindən əlavə, düzgün informasiya siyasətini formalaşdırdı.
Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi dövründəki qəhrəmanlığı bizim gözümüzün qarşısında baş verirdi. Amma Azərbaycanın haqq səsini dünyaya çatdırmaq onun üçün ən mühüm vəzifə idi.

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşündə də bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. 
Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Şarl Mişel öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr Soçidə keçirilən görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib və bu da, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. 
Ümumiyyətlə, son aylarda da müxtəlif formatlarda çoxsaylı görüşlər keçirilib və hesab edilir ki, bu da çox vacib görüşlərdən biridir. Azərbaycanın postmünaqişə reallıqlarını, öz mövqeyini bir daha çatdırması üçün əlverişli imkan olacaq. 

Prezident İlham Əliyevin İspaniyanın "El Pais" qəzetinə müsahibəsində müxbir tərəfindən verilən "Cənab Prezident, Sizcə Ermənistanla atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?” sualına də qeyd etmişdir ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır.

Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur.

Müxbirin,  Dağlıq Qarabağın statusu və Azərbaycanın mədəni irsinə qarşı soyqırım törətməsi ilə bağlı verdiyi suallarına cavabında isə, Cənab Prezident - Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Ümumilikdə 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var; deyə qeyd edib. 

Azərbaycanın artan iqtisadi qüdrəti də dünyanın diqqət mərkəzindədir. Heç təsadüfi deyil ki, İspaniyanın "El Pais" qəzetinə müsahibəsində də Ali Baş Komandanımız bu mövzuya toxunmuşdur: "İqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işlər görülür. Ümumi daxili məhsulun strukturunda neft və qaz amili 50 faizdən aşağıdır. Buna baxmayaraq, Azərbaycan neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb etdirir. XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi. Bu layihə üzrə ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilməsi planlaşdırılır.” 

Sonda qeyd etmək istəyirəm ki, dövlətimizin başçısı media nümayəndəsinin bütün sualına ətraflı cavab verdi. Bu cavablarda Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.

Tünzalə Cavadova,
Qadın və Gənc Ailələrin Sosial 
İnkişafı İctimai Birliyinin sədri

OXŞAR XƏBƏRLƏR