"Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir"

"Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir"
SİYASƏT
17:39 07.04.2023
329
Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb. 

Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da  qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci il mayın 8-də ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında” qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən  Prezidenti cənab İlham Əliyev  digər ölkələrlə yanaşı, Tacikistanla da münasibətlərin  yüksələn xətt üzrə inkişafına nail olub. 

Aprelin 5-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tacikistana dövlət səfəri oldu. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edib. Azərbaycan Prezidenti ilə görüşündə Tacikistanın dövlət başçısı müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu vurğulayıb. Prezident cənab İlham Əliyevin bu səfəri əvvəlkilərdən fərqli olaraq, iki ölkə arasında strateji əməkdaşlıq baxımından xeyli sayda sənədlərin imzalanması ilə yadda qaldı.
 
Azərbaycan Prezidentinin budəfəki səfərinin də məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısı İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Bu səfər Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir. Azərbaycan Prezidenti son olaraq 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib. Dövlətimizin başçısının budəfəki səfəri zamanı iki ölkə prezidenti siyasi-iqtisadi əlaqələrin inkişafı üçün yeni razılaşmalar əldə ediblər. Səfər zamanı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra sahələr üzrə sənədlər imzalanmışdır. Bu sənədlər dost və tərəfdaş olan Azərbaycanla Tacikistan arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

Göründüyü kimi, Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Ona görə də Azərbaycan Prezidentinin Tacikistana  olan rəsmi görüşü yüksək ruh yüksəkliyi ilə qarşılanmışdır. 

Ziyad Nəbiyev, Binəqədi RİH yanında İctimai Şuranın üzvü

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi
NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq
20:46 14.03.2025
NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq
Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq
20:34 14.03.2025
Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq