Tarixi prezident seçkiləri!
Azərbaycan dövləti ilk dəfədir ki, qalib bir xalq olaraq öz prezidentini seçəcək.
Bu seçkilər digər illərlə nisbətən ən həyəcanverici və qürurlu bir hadisə olacaq.
Düşünürəm ki, 2024-cü ilin 7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkilərində xalq birmənalı olaraq mərd, vətən təəssübkeşi olan Ali Baş Komandanını - cənab Prezident İlham Əliyevi seçəcək.
İlham Əliyevin 2003-cü ildən davam edən şücaətli siyasəti, qorxmaz əqidəsi, ədalətli mövqeyi ilə seçilən dünya lideridir.
Sözlər, cümlələr təhlil edə bilməyəcək punktuallığı, obyektivliyi, yeri gələndə səmimiyyəti bütün dünya başçılarına nümunə olan bir addımdır.
Ölkədə 20 ildir aparılan fasiləsiz islahatlar, ordu quruculuğu, sosial-siyasi sabitlik, xalq arasında məhəbbəti və inamı qazanmaq İlham Əliyevin prioritet vəzifələrindən biridir.
Hərbi sahədə görülən uzunmüddətli işlər, texniki-hərbi bazanın gücləndirilməsi, silahlı qüvvələrin peşəkarlığının artırılması Vətən müharibəsindəki qələbəmizin bariz nümunəsidir.
Hakimiyyətə gələn gündən Ermənistanın hər bir təcavüzkar əməllərini görən Azərbaycan cənab Prezidentin başçılığı altında 2020-ci ildə namusumuz, qeyrətimiz olan bölünməz Qarabağ torpaqlarını işğaldan azad etdi.
Sözün hər mənasında dünyada qələbəmiz böyük təntənə ilə qeyd edilir və ediləcək də.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası də məhz İlham Əliyevin adı ilə bağlıdır.
2024-cü il fevralın 7-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Görülən sosial-siyasi işlər qarşısında hər bir söz acizdir. Təhlil və müqayisəyə ehtiyac görülmür.
Əbədi və əzəli deyəcəyimiz təkcə bir kəlmə var - İlham Əliyev - Müstəqil Azərbaycanın yaradıcı sərkərdəsidir!
Mikayıl Mirzəzadə