İyulun 15-də ali məktəblərə I və IV qruplar üzrə qəbul imtahanları keçirildi. Qəbul imtahanında 6 nəfər 700 bal toplayıb. Ümumilikdə, keçən illərə nisbətən, bu il 600 balı keçən tələbələrin sayı çoxdur.
Sputnik-in əməkdaşı qəbul imtahanlarının nəticələri, bu nəticələrin hansı mənzərəni meydana çıxarması və vəziyyətin nə dərəcədə ürəkaçan olub-olmaması ilə bağlı təhsil ekspertlərinin rəylərini öyrənib. Beləliklə:
O ki qaldı 700 bal toplayan abituriyentlərin sayının artmasına, hesab edirəm ki, uşaqlar daha çox oxuyub, öz üzərində yaxşı hazırlaşıb uğur qazana bilirlər. Ümumi səviyyə yüksəlib, nəticədə də bu ilki göstəricilər ürəkaçan oldu”.
Etiraf etmək lazımdır ki, müntəzəm, nizamlı qaydada təhsil yoxdur. Şagirdlər repetitorların yanında hazırlaşırlar. Təhsil sisteminin özündə müntəzəmlik sistemlilik olmadığı üçün, ümumi yüksək nəticə əldə etmək mümkün olmur”.
1-ci ixtisas qrupu üzrə sənəd təqdim edən abituriyentlərin bir çoxu həm də 5-ci ixtisasa sənəd verib, deməli 1-ci qrupda boş qalan plan yerlərinin sayı daha da çox olacaq. 4-cü qrup üzrə 5340 abituriyent sənəd qəbulunda iştirak edib, onlardan 2823-ü müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılıb. Yəni 50 faizdən çox abituriyent 200 balı toplaya bilməyib.
Burda bir məsələ var ki, hər iki ixtisas qrupundan, 1 və 4 cü qrupdan 3 abituriyent maksimum nəticə, 700 bal toplayıb. Bu, heç də abituriyentlərin yüksək göstəricisi demək deyil. Bu, qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının mayda keçirilən imtahandan dəfələrlə asan olması ilə əlaqədardır. 31 min abituriyentdən yalnız min nəfəri 500 balı keçə bilib. 400-700 bal arası nəticə göstərən abituriyentlərin sayı cəmi 1636 nəfərdir ki, bu da 31 min abituriyentin qarşısında bərbad bir nəticənin olduğunu göstərir. Hesab edirəm ki, 1 və 4-cü qruplar üzrə imtahan nəticələri əvvəlki illərdə olduğu kimi, çox aşağı səviyyədədir. Təəssüflər olsun ki, imtahan nəticələri ildən-ilə irəli getməli olduğu halda, ya yerində sayır, ya da geriyə doğru hərəkət edir”.
Hazırda çox sayda özəl universitetlərin olması tələbə qəbulu zamanı rəqabəti azaldır. Ümumiyyətlə, çox sayda universitetin olması diplom verərək, “ali savadlı”ların sayının artmasına səbəb olur. Amma bir problem ortaya çıxır: ali savadlı gənclər işlə təmin olunurmu? Mən daha çox özəl universitetdənsə, az sayda peşə məktəblərinin olmasının tərəfdarıyam”.