Azərbaycan təhsilində biabırçılıq: Direktor ərə gedib, məktəbi atası idarə edir

SOSİAL
17:00 03.11.2016
26629
Ağdam Təhsil Şöbəsində rüşvətxorluq tüğyan edir. Bağca müdirliyindən Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Mətanət Misirxanova, sözügedən qurumu talamaqla məşğuldur.
 
Bu haqda AZXEBER.COM-a Ağdam sakinləri məlumat verib. Sakinlər bununla bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsələr də, nəticə olmayıb.
 
"Gələn gedənə rəhmət oxutdurur”
 
Direktorlardan dayanmadan xərac toplayan Misirxanova, ondan əvvəl bu vəzifəni icra edən Elmira Şükürovanın atasına rəhmət oxutdurur. E.Şükürova ayda bir dəfə rüşvət yığırdısa, Misirxanova bu proses sərhədsiz davam etdirir. Ay boyu çırpıb-talamaqla məşğuldur: "Bir həftə pul yığımı olmayanda az qalırıq papağımızı göyə ataq, sevincdən. Axı nə qədər pul yığmaq olar? Bu qədər pul veririk, hələ də həmin pulların hara getdiyi haqqında məlumatımız yoxdur. Rəsmi qayda da yığılmadığına görə, deməli Misirxanovanın cibinə gedir. Elmira Şükürovanın atasına rəhmət oxutdurur yeni müdir. Ən azından onun təcrübəsi var idi, Misirxanova baxcadan bu vəzifəyə təyin edildiyi üçün təcrübəsizdir. Ona görə də, yalnız kor koranə rüşvət yığmaqla məşğuldur”.
 
"Direktor ərə gedib, vəzifəsini atası icra edir”
Gələn məlumatlar arasında ən diqqətçəkən məqam isə 93 saylı məktəblə bağlıdır. Bildirilir ki, Ağdam 93 saylı köçkün orta məktəbin direktor əvəzi Əhmədova Aliyə Allahverdi qızı 5 ildir ailə həyatı quraraq Mingəçevir şəhərinə köçüb. Məktəbi isə Əlimədətli kənd ərazi nümayəndəsi, Aliyə Əhmədovanın atası Allahverdi Qəmbərov idarə edir.
 
Xəstə uşaqların puluna dikilən gözlər...
Misirxanovanın "sağ əli” hesab edilən və yaş həddinə görə RTŞ-də müqavilə əsasında metodist işləyən, Raqub Məmmədov "xəstə uşaqların” komissiyası adı altında hər uşağa 50 manatdan pul yığmaqla məşğuldur: "Qüsurlu şagirdlərə evdə dərs keçilməlidir. Çünki onların məktəbə getmək imkanları məhduddur. İş Raqub Məmmədova həvalə edilib. O da özünə və rəhbərə sərf edəcək formada icra edir. Xəstə uşaqların 50 manatına göz dikirlər. Tədrisdən isə söhbət gedə bilməz”.
 
Nazirliyə gedən şikayətlərin qarşısını alan kimdir?
Misirxanova təhsil şöbəsindəki rüşvətxorluğu, qanunları ciddi şəkildə pozması ilə bağlı şikayətləri ört-basdır etmək üçün Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonunda olan nümayəndəsi Məhəmməd Aslanova hər ay "paket” verir. Aslanov isə öz növbəsində baş verən qanun pozuntusunu Təhsil Nazirliyindən gizlədir. Məktəblərin böyük əksəriyyətində demək olar ki, tədris yoxdur. Ona görə ki, müəllimlər zorla pambıq yığımına cəlb edilirlər. Şikayətlərin ardı-arası kəsilməsə də, şikayət ediləcək yerin də tapılmaması başlıca problemə çevrilib: "Biz pul verməkdən yorulduq, müdir pul yığmaqdan yorulmadı. Əlimizdə, ovucumuzda pul qoymur qalsın. Bilmirik kredit ödəyək, bilmirik ailə saxlayaq, bilmirik hansısa bir dərdimizə pul tapaq. Nazirliyə göndərdiyimiz məktublar yoxa çıxır, elektron məktublara cavab gəlmir, əlimiz hər yerdən üzülüb. Bilmirik nə edək!?”
 
"İki aydır əməkhaqqı verilmir”
M.Misirxanova 2016-2017-ci tədris ilində 1000 manat pul alaraq bir illik müqavilə əsasında işə götürdüyü müəllimlərin əmək haqqının regional idarə tərəfdən haqlı olaraq dayandırılması, RTŞ-də ciddi qalmaqal yaradıb. Külli miqdarda yığılan pul geri qaytarılmayıb. Misirxanova, məktəblərdə hesabatın (OŞ-1) verilməsi adı ilə direktorlardan pul yığır, bunun nəticəsidir ki, Ağdam təhsilinin hesabatı ləngiyib. Nəticədə müəllimlər 2 ayın əmək haqqın ala bilmirlər.

Qanunsuz qərarlar onlarla insanı işsiz qoydu...
Elmira Şükürova azad edildikdən sonra, rəhbərlik müvəqqəti olaraq Rahil Allahverdiyevə təhvil verilmişdi. Allahverdiyev əvəzləyici vəzifəsini yerinə yetirərkən bir çox əmirlər vermişdi. Lakin sonradan həmin əmirlər Təhsil Nazirliyi tərəfindən qanunsuz elan edilib. Misirxanova isə nazirliyin verdiyi qərarı, 100-dən çox müəllimdən aldığı rüşvətlə pozub: "Rahil Allahverdiyev belə müvəqqəti işlədiyi halda rüşvət yığıb getdi. Nazirlik onun verdiyi əmirləri ləğv elədi. Amma Misirxanova ikinci dəfə pul verənlərin əmirlərini yenidən bərpa elədi. İndi savadsız "müəllim” ordusunun əlindən hərəkət eləmək mümkün deyil”.

Dövlət başçısına, təhsil nazirinə, baş prokurora müraciət.
"Biz buradan dövlətimizin prezidenti cənab İlham Əliyevdən xahiş edirik ki, bizim problemimizin həlli istiqamətində lazımı göstərişlər versin. Baş prokuror cənab Zakir Qaralova müraciət edirəm. Cənab prokuror,Ağdam rayonunda müdhiş dələduzluq işi baş verir. Xahiş edirik,bu məsələyə ciddi nəzarət edəsiniz. Təhsil nazirimiz Mikayıl Cabbarova müraciət edirik. Hörmətli nazir,Ağdam təhsilində dələduzluq halları,rüşvət halları baş alıb gedir.Niyə susursunuz?Niyə biz sıravi müəllimlərin hüquqlarını qoruyan birisi tapılmır? Nə vaxta kimi Azərbaycan müəllimi yerdə sürünəcək?”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb