“Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradıla bilməz”

SİYASƏT
13:06 06.01.2015
1216
“Cənab prezident dəfələrlə bütün dünyaya bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradıla bilməz. Azərbaycan iqtidarının mövqeyi ortadadır və bu gün yürüdülən prinsipial mövqeyi ilə problemin həllinə çalışır”.
Bu sözləri millət vəkili Aydın Mirzəzadə AZXEBER.COM-a Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfindən memorandum hazırlanması ilə bağlı irəli sürülən təklifləri şərh edərkən söyləyib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövlətinin üzərinə düşən məsələdir. Dövlət başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyini dəfələrlə ortaya qoyub. Bu, ərazi bütövlüyümüzün təmin olunması, işğal edilmiş torpaqlarımızın Ermənistan tərəfindən qeyd-şərtsiz azad edilməsidir, Azərbaycan dövlətinin ərazi bütovlüyünü tanınmasıdır. Cənab prezident dəfələrlə bütün dünyaya bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradıla bilməz. Belə bir memorandumun imzalanmasından sonra Ermənistan öz mövqeyindən geri çəkiləcəkmi? Bundan başqa, Azərbaycana qarşı ikili standartlarla mövqe tutan və Ermənistanı müdafiə edən bir sıra xarici beynəlxalq təşkilatlar, beynəlxalq dairələr ondan sonra mövqelərini dəyişəcəklərmi? Azərbaycan iqtidarının mövqeyi ortadadır və bu gün yürüdülən prinsipial mövqeyi ilə problemin həllinə çalışır”.
Orxan
OXŞAR XƏBƏRLƏR