Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır

Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
SOSİAL
15:22 08.06.2024
95
Tarixin bütün dövrlərində türk xalqlarının birliyi əsas prioritetlərdən olmuşdur. Bu birlikdən çəkinən, qorxan bir sıra digər ölkələr isə bu birliyin yaranmasına  hər zaman mane olmağa çalışmışlar. 

Eyni kökə, eyni dinə, eyni dilə, milli dəyərlərə, mədəniyyətə sahib olan türk dünyasının bir yumruq kimi birləşməsi olduqca zəruridir. O gün isə şübhəsiz ki, uzaqda deyil. 

Çox sevindirici haldır ki, bu birlik artıq baş verir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın bu birliyin, əməkdaşlığın möhkəmlənməsində özünəməxsus yeri var və demək olar ki, Azərbaycan məhz bu birliyin əsas qurucularındandır. 

Onu da qeyd edək ki, türkdilli ölkələrin başçıları ilk dəfə 2009-cu ildə Naxçıvanda Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaradıblar. İndi bu təşkilat Türk Dövlətləri Təşkilatı adlanır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində qeyd edib ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, coğrafi sərhədləri daha genişdir. Dövlət başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

İyun ayının 6-da Bakıda TÜRKPA-nın növbəti plenar iclası keçirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib. 

Öz çıxışında cənab Prezident deyib: "Əminəm ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək. Belə toplantılar bir qayda olaraq türk dünyasının birliyinin təzahürü olur. Tükr dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrimiz prioritet  istiqamət kimi müəyyən olunub”.
Builki prezident seçkilərindən sonra Dövlət Başçısı İlham Əliyev andiçmə mərasimi zamanı öz çıxışında bildirmişdir ki, bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Qeyd etmişdir ki, son illər ərzində türk dövlətləri təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. 

Bildiyiniz kimi Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şuşada iyul ayında Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçiriləcək. "Mən hesab etdim ki, ildə bir dəfə zirvə görüşü keçirmək kifayət etməz, çünki həm sürətli, davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş addım olur və çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək”.- deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirmişdir. 

Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əsas mövzusu nəqliyyat və iqlim mövzuları olacaq, bu da təbiidir, çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımalarının artırılması göz önündə olan məsələlərdir və burada bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələr  birgə fəaliyyət göstərir.
Zirvə görüşünün Şuşada keçirilməsi özlüyündə böyük məna daşıyır. Şuşa şəhəri cəmi dörd il əvvəl işğaldan azad edilib. Bu gün Şuşada çox böyük işlər görülüb. Burada geniş abadlıq-quruculuq işləri gedir. Magistral yolları, körpülər bu gün Şuşaya yol alanların gözünü, könlünü oxşayır. Burada yol infrastrukturu layihələrinin icrasında Türkiyə şirkətlərinin inşaatçıları fəal iştirak edirlər. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Azad olunmuş torpaqlarımızda eyni zamanda  qardaş ölkələr olan Özbəkistan və Qazaxstanın  təşəbbüsü və maliyyə dəstəyi ilə bir orta  məktəb və bir incəsənət məktəbi fəaliyyətə başlayıb. Ağdamda Qırğızıstan prezidentinin  iştirakı ilə bir məktəbin təməli qoyulub.

Ümumiyyətlə işğaldan azad olunmuş torpaqlarımızda geniş quruculuq, abadlıq işləri aparılır. Artıq bu torpaqlar yenidən cana gəlir, həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd demək olar ki, tamamilə bərpa edilib. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə baba yurdlarına qayıdıb və bu ilin sonuna qədər bu rəqəmin 20 minə çatacağı gözlənilir. Onminlərlə köçkün isə sevinc içərisində doğma yerlərə dönməyi gözləyir. İnanırıq ki, tezliklə onlar da öz arzularına çatacaqlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat  yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək”.

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi
NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq
20:46 14.03.2025
NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq
Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq
20:34 14.03.2025
Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq
İftar vaxtı - 15 mart 2025: Ramazanın 15-ci günü
20:22 14.03.2025
İftar vaxtı - 15 mart 2025: Ramazanın 15-ci günü