"Edu Time” Təhsil və İnkişaf Mərkəzi və "İslahatçı Gənclər" İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramına start verilib.
AZXEBER.COM xəbər verir ki, 22-27 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutacaq peşə-təcrübə proqramında Bakı, Sumqayıt və Naxçıvandan 25-ə yaxın müəllim və məktəb direktoru iştirak edir.
Proqram iştirakçıları Türkiyənin nüfuzlu universitetlərindən olan İstanbul Aydın, Yeni Yüzyıl və Qalata universitetlərini, İstanbul Bil məktəblərini ziyarət edəcək, tədbirlərdə iştirak edəcəklər. Layihə iştirakçıları sertifikatla təltif ediləcək.
Qeyd edək ki, "Edu Time"nin təşkilatçılığı ilə Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramı növbəti dəfə 16-20 noyabr tarixlərində baş tutacaq.
Proqramın gedişatı haqda ətraflı məlumat üçün "Edu Time"ni sosial mediada izləyə bilərsiniz:
İnstagram: https://instagram.com/edutimeaz










































