Azərbaycan, Türkiyə və Gürcüstanın nazirləri Gəncədə görüşdü - FOTOLAR

Azərbaycan, Türkiyə və Gürcüstanın nazirləri Gəncədə görüşdü -  FOTOLAR
SİYASƏT
10:41 20.02.2014
1128

Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə üçtərəfli görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, Gəncənin “VEGO” otelində keçirilən görüşdə ölkələr arasındakı münasibətlər, regional əməkdaşlıq məsələləri, iqtisadi inkişaf və üç dövlət arasında hərtərəfli inkişaf məsələləri Azərbaycan-Türkiyə, Türkiyə-Gürcüstan və Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin ikitərəfli görüşlərində müzakirə edilib.

Gəncə Şəhər İcra Hakimiyyətində səmimi qarşılanan xarici işlər nazirlərinin burada keçirilən geniş tərkibli görüşündə bir çox regional məsələlər müzakirə edilib, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Gəncə görüşünün yekunları əsasında birgə Bəyannamə imzalanmışdır. Bəyannamədə deyilir ki, mövcud həll olunmamış münaqişələr günahsız insanların ölümünə, etnik təmizliyə, yüz minlərlə insanın qaçqın və məcburi köçkün olmasına, insan haqları və azadlıqlarının təməl prinsiplərinin pozulmasına səbəb olur.

Nazirlər Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələrin BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Şurasının qətnamələri və qərarları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll olunmasına dəstək ifadə ediblər. Onlar Bakı-Tbilisi-Ərzurum, “Şəhdəniz 2” layihələri və Bakı-Tbilisi-Qars nəqliyyat layihələrinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər ölkələr arasında həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluqlarını bildirmiş və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Daha sonra hər üç nazir görüşlə bağlı mətbuat konfransı keçirmişdir. KİV nümayəndələri üçün açıqlamada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə Azərbaycan və Gürcüstan ərazisindəki həll olunmamış münaqişələr, enerji və infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası məsələsi müzakirə olunub.

Biz Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tbilisidə keçiriləcək görüşü ətrafında da fikir mübadiləsi apardıq, Avropa enerji təhlükəsizliyini təmin edən “Şahdəniz-2”, eləcə də Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol xətti layihələrini müzakirə edildi. Eyni zamanda üçtərəfli fəaliyyət planı üzrə əməkdaşlıq nəzərdən keçirildi.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze konfransda çıxış edərək demişdir ki, 2012-ci ildə Trabzon görüşündən sonra başlayan xarici işlər nazirlərinin üçtərəfli görüşləri hər üç respublika üçün böyük siyasi və iqtisadi səmərə verməkə yanaşı Azərbaycan, Türkiyə və Gürcüstan ölkələri arasında strateji əməkdaşlığın daha yeni səviyyəyə çatdırılmasına imkan verib.

Gürcüstan Respublikasının xarici işlər naziri Maya Pancikidze jurnalistlərin Ahıska türklərinin ikili vətəndaşlığı ilə bağlı suallarını cavablandırarkən qeyd edib ki, bu mübahisələr Avropa Birliyinin köməyi ilə həll olunacaq. Artıq minə yaxın Ahıska türkü Gürcüstandakı tarixi vətənlərinə geri qayıdıb.

Sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edərək üç ölkə xarici işlər nazirləri arasında keçirilən belə görüşlərin əhəmiyyətindən danışmışdır. Əhməd Davudoğlu Gəncədə olmağından məmnunluq duyduğunu bildirmiş, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Mirzə Şəfi Vazeh kimi dühaların vətəni olan bu şəhərin doğrudan da gözəl olduğunu qeyd edib.

Əhməd Davudoğlu sonra Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinin gündən-günə genişləndirilməsinin vacibliyindən danışmışdır. Qeyd etmişdir ki, bölgədə həyata keçirilən bütün nəhəng layihələr hər üç ölkə üçün inkişaf, gələcək uğurlar deməkdir.

Sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı gedən söz-söhbətlərə açıqlama verən Əhməd Davudoğlu – Qarabağ problemi həll edilməyincə Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət gedə bilməz – deyib.

Nazirlər növbəti görüşün bu il ərzində Türkiyənin Qars şəhərində keçiriləcəyini bildiriblər.

Mətbuat konfransından sonra Gürcüstanın Gəncədəki Baş Konsulluğunun açılışı olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
19:23 16.05.2025
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
19:09 16.05.2025
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
18:53 16.05.2025
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı