"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"

"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
Siyasət
17:51 16.07.2025
472
Bu gün "Hədəf" verilişinin qonağı olan siyasi icmalçı Sahəddin Hüseynov Azərbaycan-Türkmənistan münasibətlərindən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, o bildirib ki, bu səfəri ilk növbədə iki ölkə arasında hazırkı geosiyasi gərginlik fonunda yaranan müsbət dinamikanın inkişafı kimi dəyərləndirmək lazımdır:

"Əgər siyasi dialoq olmasa, iqtisadi əməkdaşlıqdan, birgə layihələrdən və təhlükəsizlikdən danışmaq mümkün deyil. Təhlükəsizliyin təminatı məhz siyasi dialoqdur."

O qeyd edib ki, siyasi dialoqda əldə olunan nəticələr bütün digər sahələrə də müsbət təsir göstərir:

"Prezidentin çıxışında vurğuladığı əsas məsələlərdən biri də siyasi əlaqələrin inkişaf etdirilməsinin vacibliyidir. Bu, həm ikitərəfli münasibətləri, həm də müxtəlif beynəlxalq platformalarda aparılan dialoqu əhatə edir."

Sahəddin Hüseynov bildirib ki, Türkmənistanla Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir:

"Strateji tərəfdaşlıq statusu münasibətlərin bütün istiqamətlərdə bir-birinə dəstək və qarşılıqlı mövqe ifadəsi ilə müşayiət olunmasını tələb edir."

İqtisadi əməkdaşlıqla bağlı danışan icmalçı qeyd edib ki, bu sahədə də ciddi irəliləyişlər var:

"Ticarət dövriyyəsində iki dəfə artım müşahidə olunur. 2023-cü ilin yekunlarına əsasən, iqtisadi dinamika təxminən 5 dəfə artıb. Bu da görülən tədbirlər və həyata keçirilən layihələrin perspektiv vəd etdiyini göstərir."

O, həmçinin humanitar sahədə əməkdaşlığın vacibliyini qeyd edib:

"Azərbaycanla Türkmənistan ortaq köklərə və dəyərlərə malikdir. Müasir dövrdə bu bünövrə üzərində yeni humanitar dəyərlərin formalaşması prosesi gedir. Bu proses təkcə türk mədəniyyətinə deyil, bütövlükdə türk dünyasına töhfə verir."

Enerji sahəsində əməkdaşlıq məsələsinə toxunan Sahəddin Hüseynov bu istiqamətin səfər çərçivəsində əsas mövzulardan biri olduğunu bildirib:

"Türkmənistan qaz ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Təxminən 14 trilyon kubmetrə yaxın qaz ehtiyatı var. Bu ehtiyatların Avropaya çatdırılması üçün Transxəzər qaz interkonnektorunun reallaşdırılması vacibdir."

O qeyd edib ki, layihənin icrası üçün texnoloji imkanlar olsa da, qarşı tərəfin kifayət qədər sərmayə yatırması tələb olunur:

"Avropa qaz bazarının illik tələbatı 550 milyard kubmetrdir. Azərbaycanın mövcud qaz kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması və Türkmənistan qazının bu kəmərlərə qoşulması nəticəsində Avropanın qaz tələbatının 7-10 faizini ödəmək mümkündür."

Siyasi icmalçı Azərbaycanın enerji siyasətinin əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını da vurğulayıb:

"Azərbaycan heç vaxt enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Əksinə, enerji əməkdaşlıq üçün mühüm bir faktordur və Azərbaycanın təşəbbüsləri ətrafında müxtəlif ölkələr birləşir."

O əlavə edib ki, enerji resurslarının idarə olunmasında təkcə qaz yox, digər enerji mənbələri, o cümlədən elektrik enerjisinin istehsalı və istifadəsi də nəzərə alınmalıdır:

"Məsələn, Türkmənistan və Qazaxıstan bu gün elektrik enerjisinin 70 faizini daş kömürlə istehsal edir. Enerji keçidini həyata keçirmək üçün bu resursların düzgün və dayanıqlı istifadəsi vacibdir."

Sonda Sahəddin Hüseynov bildirib ki, Azərbaycanın təşəbbüsləri və əməkdaşlıq layihələri regionda enerji təhlükəsizliyinə, iqtisadi inkişafa və geosiyasi sabitliyə töhfə verməyə davam edəcək.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
13:56 01.09.2025
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
13:50 01.09.2025
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
13:44 01.09.2025
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
13:23 01.09.2025
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
13:18 01.09.2025
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
13:18 01.09.2025
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
13:10 01.09.2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
12:45 01.09.2025
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
12:38 01.09.2025
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
12:29 01.09.2025
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır